Qumar saytlarına girənlərə ağır cəzalar tətbiq ediləcək
05.03.2020 11:57Türkiyədə narkomaniya ilə mübarizənin ardından, müxtəlif qumar saytlarına axının qarşısının alınması məqsədilə də işlərə başlanılıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, minlərlə ailənin dağılmasına səbəb olan qumar oyunlarına axının qarşısının alınması üçün 2 illik tədbirlər planı hazırlanıb.
Belə ki, Türkiyədə qumar oynanılan yerlər bağlanacaq, bu sahədə təbliğat xarakterli reklamlar qadağan olunacaq, bu oyunları təşkil edən işbazların mülklərinə həbs qoyulacaq , qanunsuz pulköçürmələrdə bank və ya kredit kartından istifadə olunmayacaq, qumar saytlarına girişə icazə verən internet klublar ağır cəzalandırılacaq və s.
Qeyd edək ki, sözügedən tədbirlər planı 16 maddədən ibarətdir.
Nərmin Kərim, A24.Az

