Quran ayələrini oxuyaraq Nobel mükafatı alan şəxs
05.03.2020 11:57Muhəmməd Abdussalam (1926-1996) zəif elektrotəsir qüvvəsilə bağlı araşdırmalarına görə, 1979-cu ildə fizika sahəsində Nobel mükafatı alan nəzəriyyəçi fizika alimidir.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdussalam onu elm sahəsinə yönləndirən qüvvənin Quran olduğunu bildirib. Fiziki araşdırmalarını həyata keçirərkən bir tərəfdən Qurana qulaq asıb, özündə Qurana qarşı daim maraq hiss edib. Abdussalam Nobel mükafatı alarkən Qurani-Kərimin “Mulk” surəsinin üç və dördüncü ayələrini oxuyaraq mükafatını alıb. Həmin ayələr belədir:
“O bir-birinə uyğun olan yeddi qat səmanı yaradandır. Rəhmanın yaratmasında hər hansı qüsur tapa bilməzsən. Dön bax. Orada hər hansı çat görürsən? Sonra bir daha diqqətlə bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir” (67-“Mulk” surəsi, 3-4).
Abdussalam çıxışı zamanı belə deyib: “Əslində bu bütün fizika alimlərinin inancıdır. Araşdırmamızda nə qədər dərinə getsək, o qədər marağımız artacaq”.

