Quranda dəyişiklik edilibmi və ya bu mümkündürmü? – Elşad MİRİ CAVABLAYIR
05.03.2020 11:57Xəbər365.com-a müsahibə verən yazıçı Çiniz Hüseynovun Quranın quruluşu və mətni haqqında səsləndirdiyi fikirlər mübahisə doğurub.
Об этом сообщает Роспрес
Belə ki, yazıçının sözlərinə görə, insan İlahinin kitabına müdaxilə edib: “Quranın quruluşu pozulub. Mən İlahi tərəfindən vəhy olunma yollarını, peyğəmbərliyin yaranma prosesini izləmək istəyirdim. Lakin tez bir zamanda gördüm ki, Quranın quruluşuna insan əli dəyib. Bilərəkdənmi, qəsdənmi, təcrübəsizlikdənmi… Mətn dolaşıq-qarışıqdır, əvvəli-axırı bəlli deyil və beləliklə, Quranın qapıları adi, sıravi oxucular üçün bağlanıb. Quranın mətni ilə izahatı arasında ciddi ziddiyətlər yaranıb, təhlil çox vaxt İlahinin dediklərinə uyğun deyil, hətta ziddir. Bu, çox ciddi məsələdir!”
Saytımız xəbər verir ki, bu barədə danışan ilahiyyatçı Elşad Miri yazıçının fikirləri ilə razılaşmadığını və Quranın mətnində heç bir dəyişiklik edilmədiyini deyir: “Quran ilk dövrdə necə yazılıbsa, günümüzə qədər də o şəkildə gəlib çıxıb, heç bir dəyişiklik yoxdur. Bu sahədə indiyə qədər də ciddi araşdırmalar aparılır. Hər dəfə sübüt olunur ki, əlimizdə mövcud olan Quran kitabları ilə hamısı peyğəmbərin dövründə gələn Quranla arasında heç bir fərq yoxdur. Yəni bircə hərf fərqi belə yoxdur. Ancaq Quranın yanlış tərcümə edilməsi, çatdırılması, təqdim edilməsi və ya insanların ayələri yanlış anlama kimi məsələləri ola bilər.
Quranın özündə “Hud” və “Fussilət” surəsi var. Hər ikisinin də birinci ayəsində Allah Quranı özünün izah edəcəyini deyir. Yəni onu izah eləməyi heç bir insana həvalə eləmir. Bilirsiniz, bu gün insanların izah elədiyi sadəcə nə ola bilər? Məsələn, Quranda yazılır ki, Əbu Ləhəbin əlləri qurusun. İnsanlar Əbu Ləhəbin o vaxt kim olduğunu izah edir. Bu gün də Əbu Ləhəb kimi prototiplər var. Əllərin quruması isə ərəb dilində deyimdir, Azərbaycan dilində gücünün əlindən alınması mənasında işlədilər bilər. Bu kimi açıqlamalara ehtiyac olur. Açıqlamalar da fərqli tərcümələrdən, təfsirlərdən qaynaqlandığından fərqli düşüncə ortaya çıxa bilər.
“Qurana kiminsə əl vurub dəyişdirməyi mümkün deyil”
Elşad Miri bildirir ki, Quranın insan tərəfindən qələmə alındığı aydın məsələdir: “Allah kitabı göydən hazır şəkildə özü yazıb göndərməyib ki… Allah peyğəmbərə vəhy eləyib, peyğəmbərin də vəhy katibləri olub. Gələn Allah kəlamlarını həmin katiblərə yazdırıb. Yəni bu kitab insan əliylə yazılıb. Məncə, Quranın mətnində heç bir qarışıqlıq yoxdur. Bir daha deyirəm, peyğəmbərin dövründə necə yazılmışdısa, elədir. Quranın əlyazmaları dünyanın məşhur muzeylərində saxlanılır. Böyük dərilərin üzərinə yazılmış nüsxələridir. Ona kiminsə əl vurub dəyişməyi mümkün deyil. Bu məsələ əsrlərdir araşdırlır və indiyə qədər heç bir ixtilaf, fərqli fikir ortaya çıxmayıb. Sadəcə peyğəmbərin yaşadığı dövrdə ərəb əlifbası eləydi ki, hərəkə deyilən bir anlayış qoyulmayıb. İndi isə müsəlman olan, ərəb olmayan insanların düzgün oxuyub anlaması üçün hərəkələmə var. Hərəkələmə dediyimiz saitlərin yazılmasıdır. Saitlər də bizdəki kimi mətnin içinə yazılmır. Məsələn, bizdə “ə”, “i”, “o” saitlərdər onlarda hərfin üstündə xətlərlə qeyd olunur. Sadəcə bu fərq ola bilər, mətndə, hərflərdə heç bir fərq yoxdur”.

