Qurban Qurbanov autizmli uşaqlarla məşq etdi
05.03.2020 11:57Bakı Autizm İdman Klubunun üzvləri “Qarabağ” futbol klubunun təlim məşq bazasında qonaq olublar.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, klubdan verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar “Qarabağ” klubunun üzvləri ilə birlikdə məşq ediblər.
Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dəvətə görə, “Qarabağ” klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:
“Autizmli uşaqlar üçün bu cür görüşlərin təşkil edilməsi onlar üçün də faydalıdır. Dəvət üçün başda “Qarabağ” klubunun rəhbərliyi olmaqla, klubun bütün üzvlərinə təşəkkür edirik. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq”, – deyə E.Məmmədov əlavə edib.
Orxan Aslanlı / A24.az

