Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qurban Qurbanov: “Futbolçudan əvvəl yetişdiriləsi insanlar var”

05.03.2020 11:57

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Qol.az-a istinadən xəbər verir ki,  iclasdan sonra millimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub.

– İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdir, yoxsa təsadüf?

– Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.

– Yoxlama oyunlarının Bakıda kənarda keçirilməsini istərdinizmi?

– Rayonlardakı stadionlara baxmaq lazımdır. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidir.

– Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub?

– İstərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindir. Çalışacağıq ki, oyunların sayı çox olsun.

– Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiniz?

– Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.

– Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiniz?

– Çətinlik çəkdik. Rəşad Sadıqovdan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odur ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda PRO kateqoriyasını alacaqlar. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədovun illlərdi millilərdə təcrübəsi var.

– Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq?

– Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

– Daha bir neçə köməkçiniz ola bilərmi?

– Bəli, 1 və ya 2 yeni köməkçi də ola bilər.

– Oyunçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsınız?

– Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar.

– Futbolçuların ölkə xaricinə çıxması baxımından bir sistem qurmağı düşünmürsünüz?

– Bu, böyük mövzudur. Bunlar mütləq olmalıdır. Amma desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdir. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdır. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdur.

– Rauf Əliyevin 3-cü klubda oynaması üçün FİFA-ya müraciət etmək fikriniz varmı?

– Mənə aid olmayan məsələdir. Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.

– Aşağı yaş qruplarında bir məşqçi olur və komandanın texniki bazası olmur. Bunlara diqqət ayrılacaqmı?

– Hər sahənin öz mütəxəssisi var. Meydança ilə bağlı cavab verə bilərəm. Avropanın hər yerində süni örtüklü meydança var. Bundan get-gedə uzaqlaşmaq lazımdır. Meydança salmaq asan, saxlamaq çətindir. Təkcə ot örtüyündə məşq olsa, yenə yararsız hala düşəcək. Əlbəttə, müəyyən yaş həddi çatdıqdan sonra ot örtüyündə oynamaq vacibdir. Avropa komandaları səviyyəsində olmaq üçün onların standartları ilə getməliyik.

 Son günlər sizin qazancınızla bağlı yazılar dərc olundu. Bununla bağlı sizin fikirləriniz maraqlıdır…

– Burda məni pul maraqlandırmır. Futbolçu olanda da, heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq. Gəlib təkcə komandanı hazırlamaq ən asan yoldur. Futbol sahəsindəki bütün insanların keyfiyyəti yüksək olmalıdır. Özüm başda olmaqla, hamının sağlam olmasını istəyirəm. İşimə bu gün hər kəs tərəfindən dəyər verilirsə, bunlar mənim üçün ən böyük dəyərdir.