Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qurban Qurbanov püşkatmanın nəticələrini belə şərh etdi

05.03.2020 11:57

Zəif komandaların olmadığı bir turnirin püşkatmasını şərh etmək çox çətindir.

Об этом сообщает Руспрес

A24.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.com saytına Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələrini şərh edərkən deyib.

“Bizə beş ən güclü futbol ölkəsindən üçünün komandaları düşdü. Hesab edirəm ki, “Çelsi”, “Atletiko” və “Roma”nın əlavə təqdimata ehtiyacı yoxdur. Onlarla oyunlar bizim üçün böyük təcrübə olacaq, komandamıza kömək edəcək.  Hazırda mənim bütün fikirlərim ölkə çempionatındakı “Qəbələ”yə qarşı növbəti oyuna yönəlib. Onları məğlub edək, sonra oturub Çempionlar Liqasındakı rəqiblərimiz barədə məlumat toplayacam”, – baş məşqçi deyib.