Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qurban Qurbanov sabahkı oyundan danışdı: “Birinci oyundan sonra demişdim ki…”

05.03.2020 11:57

“Birinci oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. Rəqib ilk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik”.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah “Kopenhagen”in qonağı olacaq.

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov öz fikirlərini bildirib. O, sabah komandasını çətin görüş gözlədiyini etiraf edib: “Rəqib komanda azarkeşlərinin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, bu komandaların Bakıda baş tutan ilk duelində “Qarabağ” 1:0 hesablı qələbəyə sevinib.