“QURBANLIQ GEDƏCƏK” nişanlı şou-biznes əhlinin SİYAHISI
05.03.2020 11:57Şou-biznes əhlinin sevilən nişanlı məşhurları bu il Qurban bayramını xüsusi təmtəraqla qeyd edəcək.
Об этом сообщает Футляр от виолончели
A24.az big.az-a istinadən bu il bayram payı gözləyən cütlükləri sizə təqdim edir.
Aktrisa Cəmilə Tağızadə də şou-biznesin nişanlı məşhurlarındandır. O, türk iş adamı Murat Temizlə bu yaxınlarda ailə həyatı qurmağa hazırlaşır.
Müğənni Manaf Ağayevin böyük oğlu da bu il Leyla adlı xanımla nişanlanıb.
Aktyor Müşfiq Şahverdiyev də bayram payı aparacaq məhşurlardandır. Qeyd edək ki, o, bu ilin sonuna kimi toy etmək istəyir.
Müğənni Azəri qızı Günelin qardaşı Tunar Rəhmanoğlu bir ildir sevgili olduğu xanımla bu yaxınlarda nişanlanıb. Onun nişanlısı özəl məktəblərdən birində müəllimədir.
Nişanlısı ilə bir küsüb, bir barışan Azəri qızı Günel də bu il qurbanlıq payı alacaq məhşurlardandır. O, türkiyəli iş adamı Cem Ozan Torunlarla nişanlıdır.
Aktyor Azər Baxşəliyev və Nigar Seyidovanın yanvar ayının 14-də nişan mərasimləri baş tutub. Azərin nişanlısı Nigar rəssamdır.
Müğənni Mətanət İsgəndərlinin qızı Ülkər türk vətəndaşı ilə nişanlıdır. Cütlüyün toyu sentyabrın 17-nə planlaşdırılır.

