Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qurbanqulu Berdiməhəmmədov ikinci dəfə “Türkmənistan Qəhrəmanı” adı verilsin – “Ağsaqqallar” Şurasından TƏKLİF

05.03.2020 11:58

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ikinci dəfə “Türkmənistan Qəhrəmanı” adı verilə bilər.

Об этом сообщает Роспрес

A24.Az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, bu təklif ölkənin Ağsaqqallar Şurasının üzvləri tərəfindən səsləndirilib. Bildirilib ki, prezident beynəlxalq aləmdə ölkənin nüfuzunun daha da yüksəldilməsi üçün böyük fəaliyyəti və görkəmli xidmətlərinə görə prezident Qurbanqulu Berdiməhəmmədov ikinci dəfə “Türkmənistan Qəhrəmanı” adı verilsin.

Həmçinin bildirilib ki, dövlət başçısı, insanların firavan və xoşbəxt həyatının təmin olunması istiqamətində də böyük işlər həyata keçirir:

“Bir neçə il ərzində ölkənin siması əsaslı şəkildə müsbətə doğru dəyişib. Biz hamımız onun şahidiyik ki, bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sayəsində ölkəmiz dünyada yüksək səviyyədə inkişaf edən, güclü, firavan dövlət kimi tanınır”, – deyə qeyd olunub.