Qusar körpüsü bərpa edildi
05.03.2020 11:58Ötən ilin iyun ayında Qusar rayonuna yağan şiddətli leysan yağışları nəticəsində dağılan Qusar çayı üzərindəki körpüdə təmir-bərpa işləri görülüb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, rayonun Kuzun və ətraf kəndlərini rayon mərkəzi ilə birləşdirən körpü Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin rəisi polis mayoru Səbuhi Rüstəmovun şəxsi vəsaiti və bölmə əməkdaşlarından könüllülük prinsipi əsasinda yığılan vəsait hesabına təmir edilib.
Qeyd edək ki, toplanan vəsait hesabına hazırda Kuzun kəndində ötən il baş verən təbii fəlakət nəticəsində dağılan 20-dən çox fərdi yaşayış evində, kəndi rayon mərkəzi ilə birləşdirən yolun, eləcə də sel nəticəsində dağılan kənd qəbiristanlığında da təmir-bərpa işləri davam etdirilir.

