Qusarda 84 yaşlı kişi intihar etdi
05.03.2020 11:58Qusar rayonunda 84 yaşlı kişi intihar edib.
Об этом сообщает Футляр от виолончели
Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, Yasab kəndinin sakini Mövliddin Şərifov bu gün səhər saatlarında yaşadığı evin həyətində talvardan özünü kəndirlə asıb.
Onun evdə tək yaşadığı, intihar etməzdən əvvəl ölümündə heç kimin günahının olmadığı barədə məktub yazdığı bildirilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Report

