Qutabxana partladı – Xəsarət alan qadın dünyasını dəyişdi
05.03.2020 11:58Ötən həftə Gəncədə baş vermiş partlayış nəticəsində yaralananlardan biri dünyasını dəyişib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, qutab bişirilən obyektdə baş vermiş partlayışda yanğın xəsarətləri alan 1965-ci il təvəllüdlü Qənirə Əsgərovanın həyatını xilas etmək mümkün olmayıb. O, dünən xəstəxanada dünyasını dəyişib.
Bu barədə A24.Az-a vəfat edən şəxsin yaxınları məlumat verib.
Qeyd edək ki, hadisə qaz balonunun partlaması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.

