Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

R.T.Ərdoğan: “”Müsəlman Qardaşlar”ını terror təşkilatı hesab etmirəm”

05.03.2020 11:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının “Əl Arabiyya” kanalına müsahibə verib.

Об этом сообщает Руспрес

A24.Az “Din.az”a istinadən xəbər verir ki, prezident “Müsəlman Qardaşlar”ı (İxvanu Muslimin) təşkilatı haqqında fikirlərini səsləndirib:

“Mən “İxvanu Muslimin”i terror təşkilatı hesab etmirəm. Çünki “İxvanu Muslimin” silahlı təşkilat deyil, ideoloji təşkilatdır. Lakin hazırda onlar dağınıq haldadırlar və heç də əsl məqsədlərini həyata keçirmirlər. Silahlı hücumlarını gördüyüm zaman mən də “Müsəlman Qardaşlar”ına qarşı eyni tərzdə davranaram. İndi bu cəmiyyətin silahla heç bir əlaqəsi yoxdur. Silahla hərəkət etməyən hər hansı dərnək, vəqf və cəmiyyətə terror təşkilatı demək doğru deyil. Biz Türkiyədə dövlət çevrilişi həyata keçirməyə çalışmış 248 şəhid verməyimizə, 2193 qazimizin olmasına səbəb olan terror təşkilatının başçısını tələb edirik. FETO silahlı terror təşkilatı vəziyyətinə gəlib. Biz onlara qarşı mübarizə aparırıq”.