Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rafael Dadaşov reanimasiyaya yerləşdirildi

05.03.2020 11:58

“Dünən səhhətim bir-birdən pisləşdi, halsızlaşdım. Hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alıram”.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov deyib.

Xalq artisti bildirib ki, şəkər və yüksək təzyiqdən əziyyət çəkir: “Məni əsas incidən təzyiqdir. Şəkər də bəzən əziyyət verir. Görünür, yaş da özünü göstərir. Görürsünüz, səsim yaxşı gəlir, sizinlə xoş əhvalla danışıram, amma reanimasiyaya yerləşdiriblər. Heç kim narahat olmasın. Sadəcə, müalicə intensiv aparılsın deyə, palataya yox, reanimasiyaya yerləşdirdilər. Həkim nəzarətindəyəm, ümid edirəm tezliklə sağalıb xəstəxanada çıxacağam”, – deyə, o, bildirib.