“Rahat” marketin qabağında parklama zonası açdılar – Hamı tıxacda qaldı
05.03.2020 11:58“RAHAT” market ilə bağlı sosial şəbəkədə müzakirəyə səbəb olan xəbər yayılıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Bakı-Xırdalan yolunda yerləşən “RAHAT” marketin qabağında parklama yeri istifadəyə verilib. Yeni parklama yeri narazılıqlara səbəb olub.
Prodüser Tarix Əliyev (Tolik) də narazılığını dilə gətirib. O, “İnstagram” səhifəsində həmin yerdən video çəkərək paylaşıb. Prodüserin sözlərinə görə, əvvəl burada belə bir parklama yeri olmayıb.
“Xidmətin haqqı 20 qəpik təşkil edir. Gün ərzində tıxacın ən çox olduğu ərazidə niyə belə bir xidmət istifadəyə verilib ki?” – deyə o etirazını bildirib.
Məsələ ilə bağlı “RAHAT” market ilə əlaqə saxladıq.
Marketlər şəbəkəsindən A24.Az-a verilən açıqlamaya görə, sözügedən parklama yeri onların səlahiyyətində deyil.
“Bu barədə xəbərim var. Lakin sözügedən parklama yeri bizim deyil. Onu Bakı Şəhəri İcra Hakimiyyəti qoyub. Ümumiyyətlə, bu məsələyə həmin qurum baxır. Onlardan başqa heç kəsin belə bir xidmət təklif etməyə ixtiyarı yoxdur”, – deyə marketdən bildirdilər.
Minirə Qubatova // A24.Az

