Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

RAMAZANDA hansı təqvimə inanaq? – AÇIQLAMA

05.03.2020 11:58

Bildiyimiz kimi mayın 26-sı Ramazan ayı girir. Ramazan ayının özəlliyi isə bu ayda bir çox müsəlmanların oruc tutmasıdır. Oruc tutanların İmsak və İftar vaxtlarını hansı təqvimə əsasən müəyyən edə bilməmələri arada çaşqınlıq yaradır. Bunun başlıca səbəbi isə ölkədə müxtəlif təqvimlərin yayılmasıdır.

Об этом сообщает Роспрес

Saytımız mövzu ilə bağlı Ramazanda oruc tutacaq insanların hansı təqvimlərə inanıb-inanmayacaqlarını dəqiqləşdirmək üçün ilk olaraq Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi. İdarədən bildirdilər ki, mayın 24-də ramazanla bağlı fətva veriləcək və həmin konfransda iştirak edən hər kəsə təqvimlər də paylanacaq.

İdarənin mətbuat xidmətindən Rza Qafarov “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının və hörmətli şeyximizin tapşırığı ilə bu məsələyə mayın 24-də aydınlıq gətiriləcək. Təqvimlərlə bağlı problemlər yaxın keçmişdə də gündəm olub. Bu gün istər respublikamızın paytaxtında, istərsə də rayonlarımızda QMİ-nin tərtib etdiyi təqvimə riayət olunur. Azanın verilmə vaxtı, Mübarək Ramazan bayramı ilə əlaqədar QMİ bu təqvimin içərisindən Ramazan hissəsini götürüb vərəq halında duaların da qeyd olunması şərti ilə çap edib. Cədvəl artıq hazırdır. İnşallah bizim sabah fətvamız və tədbirimiz olacaq. Bir mənalı olaraq biz çalışırıq ki, hər il olduğu kimi bu il də bu təqvimləri dini qurumların köməyi ilə paylayaq. Təqvimləri insanlar məscidlərdən, QMİ-nin saytından əldə edə bilərlər”, deyə qeyd etdi.

“QMİ 64 rayon üçün A4 formatında təqvim çap elətdirib. Həmin təqvimləri biz bölgə nümayəndələrinə verəcəyik. Hər bölgə üçün 500-1000 arası təqvim paylanacaq. Lakin elə bölgə var ki, ora üçün 2000 sayda təqvim nəzərdə tutulub. Az sayda verilən regionlar da təqvimi çapa verərək nüsxələri çoxalda bilərlər. Təkcə Bakının özü üçün 40-50 min arası təqvim çap olunub, cümə günü namaza gələn şəxslər arasında paylanacaq”.

Saxta təqvimlərin yayılmasına gəldikdə isə QMİ-dən bildirildi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onların bu sahədə fəaliyyətini dəyərləndirir və onları dəstəkləyir. Birmənalı şəkildə saxta təqvimlərin yayılmasının qarşısı alınacaq.

Həmçinin idarədən qeyd edilərək vurğulandı ki, Ramazan təqvimləri Şamaxı Astrofizika Rəsədxanasının və QMİ-nin təqdim etmiş olduğu namaz vaxtları ilə əlaqədar cədvəl əsasında qurulur.

Firuzə Alimova