Ramiz Novruzun oğlu Cavidan Ramiz Məliki ölümlə hədələdi: “Səni yox edərdim”
05.03.2020 11:58Xalq artistləri Ramiz Məlik və Ramiz Novruzov arasında baş verənlərə Ramiz Novruzun oğlu Cavidan Novruz da qoşulub.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, o, Ramiz Məlikin ünvanına təhqiramiz ifadələr səsləndirib:
“Heç vaxt qarışmadım bu məsələlərə. Deyirdim ki, böyüklər özləri bilər, amma artıq dözə bilmirəm bəsdir.
İşin, peşən bu yaşda bütün günü feysbukda oturub ona-buna şərh yazmaqdı. 1456 yaşın var. Mənim atam heç votsap nədi bilmir. Ramiz Novruz səndən fərqli olaraq özünə hörmət edən biridir. Nə sən, nə də sənin kimi, o teatrdakı çaqqallar kimi bütün günü feysbukda, instaqramda oturmayıb. Nə sən, nə də sənin kimi çaqqal-çuqqallar o teatrda nə Fuad Poladov, nə Ramiz Novruz, nə Fəxrəddin Manfov, nə də Rasim Balayev olmayacaq, ola da bilməz. Kişinin oğlu mənim atamı 3 illik tutduracaqmış. Sən sonrasını düşün. Mənim caynağımdan qurtula bilməzdin. Səni yox edərdim mən. Müdrik olun, ay bədbəxtlər, sənətiniz olmasa da, heç olmasa müdrik olmağı bacarın”.
Pərvin Abgül//A24.az

