Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ramzan Kadırov ikinci arvad almağa icazə verdi – Ölkə təəccübdə

05.03.2020 11:58

Ramzan Kadırov terrorla yeni mübarizə üsulu tapıb.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, Çeçenistan prezidenti Ramzan Kadırov ölkədəki bir çox problemlərin boşanmış ailələrdən qaynaqlandığını əsas gətirərək boşanmış ər və arvadları birləşdirməyə başlayıb.

Belə ki, iyun ayında Groznıdaki çıxışında ” boşanmış və ayrı yaşayan ailələrin uşaqları sonda ya quldur, ya da terrorist olur. Bunun qarşısını ailələri birləşdirməklə ala bilərik” demişdi.

Kadırovun bu sözlərindən sonra Çeçenistanın bütün bölgələrində “Ailə uyğunluq komissiyası” yaradılıb.

Komissiyalara yerli idarəçilər, din adamları və ağsaqqal heyyəti daxil edilib.

Çeçenistan televiziyasının xəbərinə görə, artıq 948 ailə birləşdirilib.

Qeyd edək ki, ərləri ilə barışdırılan qadınlar Rusiya Federasiyasının qanunlarına zidd olmasına baxmayaraq, ikinci arvad olaraq da ailəyə qaytarılır.

A24.az // Vəsilə İbrahim