Ramzan Kadirovun qızı ailə həyatı qurdu
05.03.2020 11:59Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadirovun böyük qızı Ayşat ailə həyatı qurub.
Об этом сообщает Руспрес
A24.Az Tatler nəşrinə istinadən xəbər verir ki, gəlinin 18, bəyin isə 19 yaşı var. Bəy Ramzanın həlak olmuş dostunun oğludur.
Nəşrin məlumatına görə, cütlük toydan iki həftə əvvəl tanış olublar. Oğlan Ramzan Kadırovun iqamətgahının yaxınlığında yaşayıb.
Ramzan Kadirovun 12 övladı var. Ayşat Kadirova dizaynerdir və “Firdaws” moda evinin rəhbəridir. Onun müsəlman qadınlar üçün hazırladığı kolleksiya Qroznıda və Moskvada “Mercedes-Benz Fashion Week Russia”da nümayiş etdirilib.

