Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rayon qeydiyyatında olanlar sosial mənzil ala bilər? – İqtisadçıdan ŞƏRH

05.03.2020 11:59

“Sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə o zaman burada heç bir məhdudiyyət olmayacaq”

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Vüqar Bayramov rayon qeydiyyatında olanların sosial mənzillərə mürciət hüququn olub olmamasını şərh edərkən deyib.

İqtisadçı bildirir ki, son günlər həm sosial şəbəkədə ünvanlanan mesajlarda, həm də digər formada müraciətlərdə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərə müraciət etmək hüququnun olub-olmaması soruşulur:

“Bildirmək ki, istərdim ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur və rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər. Məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə o zaman burada heç bir məhdudiyyət olmayacaq”.

“Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq Bakıda inşa edilən mənzillərə müraciət edə bilər. Xatırladım ki, müraciətlər gələn ayın 1-dən başlayır”, – deyə V.Bayramov əlavə edib.

Orxan Aslanlı