Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti

05.03.2020 11:59

Xəbər verdiyimiz kimi, xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, xanənədinin səhhəti haqqında Oxu.Az-a məlumat verən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyeva bildirib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“O, xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə çatdırılıb. Qəndab Quliyevanın müalicəsini Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin invaziv kardioloqu Abbasəli Abbasəliyev aparır. Xanəndə hələ ki, reanimasiya şöbəsindədir. Heç bir həyati təhlükəsi yoxdur”, – deyə S.Hənifəyeva bildirib.

A.Abbasəliyev isə bildirib ki, xanəndə, eyni zamanda, xroniki böyrək çatışmazlığından da əziyyət çəkir, lakin vəziyyəti stabil olaraq qalır və qorxulu heç nə yoxdur.