“Recep İvedik-5” filmindəki səhnə Türkiyə mediasını bir-birinə qatdı – VİDEO
05.03.2020 11:59Türkiyənin “Star” kanalında yayımlanan “Duymayan Kalmasın” verilişində azərbaycanlı akademik Aygün Attarla aparıcı arasında qalmaqal yaşanıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, “Recep İvedik – 5” filminin anonsu yayımlandıqdan sonra sosial mediada böyük reaksiyalara səbəb olan boks səhnəsi verilişdə də müzakirə edilib. Canlı yayıma qoşulan azərbaycanlı akademik Aygün Attar filmdəki həmin səhnənin Azərbaycan xalqı tərəfindən bəyənilmədiyini və bunun bir hörmətsizlik olduğunu bildirib. Aygün Attarın fikirləri ilə razılaşmayan aparıcı Seren Serengil isə azərbaycanlı akademiki efirdən uzaqlaşdırmağa çalışıb. Lakin akademikin danışıqlarında təhqirin olduğunu deyən Seren Serengil istəyinə nail ola bilməyib.
Saytımız Türkiyə mediasında yayımlanan verilişin videogörüntülərini təqdim edir:

