Referendum kürdləri iki yerə böldü, geri addım atdılar -Son dəqiqə
05.03.2020 11:59Kürd referendumu kürdləri iki yerə bölüb.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bütün dünyanın qarşı çıxdığı və Bərzaninin nə olursa olsun gerçəkləşdirəcəyik dediyi kürd referendumuna günlər qala kürdlərin bir hissəsi “xeyr” səsini verəcəklərini bildiriblər. Müstəqilliyi istəməyən kürdlərin yaşadıqları şəhərlər İraqın iki böyük şəhəri- Kərkük və Süleymaniyədir. İran və Türkiyənin sərhəddi bağlayacaqlarından qorxan kürdlər artıq ərzaq ehtiyyatı toplamağa başlayıblar. “Müharibə başlasa nə edərik, Bağdada getmək şox təhlükəli olacaq, Türkiyə və İran sərhəddi bağlayarsa, vəziyyət daha da pisləşəcək, mədəmiz boş olandan sonra müstəqil kürd dövləti nəyimizə lazımdır? Bizi kimin idarə etdiyi bizə maraqlı deyil, yaxşı yaşamaq istəyirik” deyən kürdlər “yüz illik müzakirələr bir aylıq savaşdan yaxşıdır” fikrinə gəliblər. Süleymaniyəli jurnalist Əli Fərəj də ” “xeyr” səsini vermək asan deyil, ancaq müstəqillik qərarı da bu dəqiqə təhlükəlidir, referendum təxirə salınmalıdır. Kərkükdə kürdlər çox deyil, əgər “xeyr” səs çoxluğu olarsa, Kərkükü birdəfəlik itirərik” deyib.
Vəsilə İbrahim

