Region gəncləri İrəvan tarixini öyrənirlər
05.03.2020 11:59Keçən həftə İsmayıllı, Masallı rayonlarında və Şəki şəhərində həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanıb. “Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsızlıq özünü pis tərəfdən göstərir. Ona görə də biz, dədə-baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik” – bu haqda layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd edib.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilib, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunmuşdur. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə tanıdılıb.
Seminarlar tarixçi Səbuhi Hüseynov tərəfindən aparılıb. Seminar-dərslər aşağıdakı mövzuları əhatə edib:
- İrəvan – qədim Azərbaycan torpağı
- İrəvan – tarixi faktlar
- İrəvanın tarixi memarlıq abidələri
- İrəvan əhalisi
- Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak ediblər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 3 000 gəncin cəlb olunması nəzərdə tutulub.
Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları təmin olunublar. İrəvan tarixi ilə bağlı nəşr-poliqrafiya məhsulları iştirakçılara paylanıb. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Xatırladırıq ki, layihənin ilk mərhələsi bu ilin birinci yarsında Azərbaycanın Sabirabad, Biləsuvar, Aqstafa bögələrində həyata keçirilmişdi.

