Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Reina” qətliamçısı Maşaripovun azərbaycanlılarla ŞOK bağlantısı ortaya çıxdı- FOTO

05.03.2020 11:59

Yeni İl gecəsi «Reina» gecə klubunda qətliam törədən terrorçu Abdulqədir Maşaripovla bağlı yeni faktlar ortaya çıxıb.

Об этом сообщает Руспрес

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, terrorçu İŞİD-in Əfqanıstanda yerləşən bazasında təlim keçib.

Maşaripovun təlim keçdiyi bazada azərbaycanlıların da olduğu bildirilir. Terrorçu azərbaycanlı, uyğur, özbək, qazax, qırğız, türkmən və dağıstanlılar üçün qurulan “xüsusi dəstə”də təlim keçib.

2010-cu ildən etibarən çoxalmağa başlayan terror hadisələrinin İraq və Suriyadan sonra Türkmənistana sıcrayacağı da məlum olub. Suriya və İraqda olan Orta Asiya ölkələrinin vətəndaşlarından xüsusi dəstə formalaşdırılıb. Silahlılar əsasən Əfqanıstanın Cəlalabad şəhərindən 35 kilometr cənubda yerləşən Pakistanla sərhəddə Tora – Bora dağlarında təlim keçirlər. Təlim başa çatdıqdan sonra onlar İraq və Suriyaya göndərilir.

Məlumata görə, Orta Asiyadakı Fərqanə Vadisində çox sayda terrorçu var. Əl-Qaidə – İŞİD – Taliban üçbucağında gənclərə istiqamətlənən terror şəbəkəsinin qurulduğu qeyd edilir.

Foto Qalereya: