Reina qətlini həyata keçirənin cəzası bəlli oldu
05.03.2020 11:59Reina qətliamına dair istintaq tamamlanıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, İstanbulda, Ortaköydə yeni il gecəsi qətl törədən Maşaripovun da daxil olduğu 57 şübhəli haqqında 149 səhifəlik ittihamnamə hazırlanıb.
Yeni il gecəsi gecə klubunda 39 dinc insanın həyatını itirdiyi Reina qətliamını həyata keçirən İŞİD-li qatil Əbdülqadir Maşaripov haqqında aparılan istintaq tamamlanıb.
Rəkkədəki kod adı Əbu Cihad olan İslam Atabiev adlı İŞİD əmirindən təlimat aldığı bildirilən iddianamədə Maşaripov bir nömrəli müttəhim kimi göstərilib.
Qatil Maşaripov haqqında 40 dəfə ağırlaşdırılmış ömürlük həbs tələb olunub. İddianamədə 3 nömrəli müttəhim qatilin həyat yoldaşı Zarina Nurullayeva olub. İddianamədə qatilin uşağı ilə vida videosu dəlil kimi göstərilib.

