Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Reina” terrorçusu ifadə verdi: “Hədəfim Taksim idi”

05.03.2020 11:59

“Reina”da 39 adamı öldürən Abdulqadir Maşaripov ilk ifadəsində “Hədəfim Taksim idi. Ciddi təhlükəsizlik tədbirlərinə görə Rakkadaki əmri verən adama “Reina”nı təklif etdim. O da qəbul etdi”- deyib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Reina qətliamını törədən terrorist ilk ifadəsində, “Taksimə getdim amma təhlükəsizlik tədbirləri ciddi idi. Mənə təlimatı verən adamla yenidən əlaqə saxladım. Bölgədə yeni hədəf axtarmağımızı tapşırdı. Sahildə taksiylə gəzintiyə çıxdım terror törədəcəyim məkanları seçdim. “Reina” terror üçün daha uyğun görünürdü. Rakkadakı terror təlimatını verən adamdan “Reina” ilə bağlı məsləhətləşdim, qəbul etdi.

Yeni il gecəsi Ortaköydəki “Reina” adlı gecə klubunun Kalaşnikov avtomat silahı ilə 39 adamı öldürən terrorist Abdulqadir Maşaripov dünən İstanbul Əsənyurtda tutulduqdan sonra ilk ifadəsini verib. Əfqanıstanda Əl-Qaidə düşərgələrində təlim keçən terorist İstanbul Təhlükəsizlik Müdirliyində verdiyi ifadədə teror hadisəsinin təfəruatlarını danışıb.

“Ötən il yanvar ayında Suriyadakı döyüşə qatılmaq üçün aldığım təlimat üzərinə İrandan Türkiyəyə gəldim. Konyada yerləşdim. Konyada olduğum ərəfədə Rakkadan təlimat gəldi. Və silahımı da götürüb Reinada qətliam törətdim”.

İstanbul Kəşfiyyat və Terrorla Mübarizə Şöbə Müdirliyi qruplarının iki həftə izləyib həbs etdiyi teröristlə əlaqədar əldə edilən məlumatlara görə, Maşaripov, yeni ildə terror törətmək üçün Konyadan 16 dekabrda İstanbula gəlib. İlk olaraq Başakşəhirdə teror təşkilatının tutduğu evə yerləşdirilib. Hadisədən iki gün əvvəl Zeytunburnuna köçüb. Yeni il gecəsi Reinada 39 adamı öldürüb. Daha sonra hadisə yerindən qaçan terrorçu taksi sürücüsünə pulu olmadığını deyib və Kuruçeşmede endirilib. Daha sonra  taksiyə minib ona da pulu olmadığını, onu Zincirlikuyuya  aparmasını xahiş edib. Zincirlikuyudan isə Zeytunburnuna gəlib.

Bakırköydə yol polisi arxa oturacaqda əyləşən terroristi tanımışdı. KSənəd tələb etdikdə isə hərəkətə gələn avtomobildən polisə atəş açılıb. Daha sonra avtomobil Beyoğlunda boş tapılıb. Avtomobili idarə edən və Çin pasportu daşıdığı müəyyən edilən edilən Şərqi Türkistanlı polis şöbəsindəki ifadəsində apardığı adamın Reina terorçusu olduğunu təsdiq edib. Bu hadisədən sonra terrorçunun Başakşəhirdən Esenyurda aparıldığı müəyyənləşdirilib.

Əməliyyatdan 3 gün əvvəl polis ərazini və evi nəzarətə götürüb. 3 günlük təqibdən sonra terrorçunun evdə olduğu dəqiqləşdirilib və gecə saat 23.00 radələrində Terrorla Mübarizə Şöbəsinin əməliyyat qrupları qapını qıraraq içəri girib. Xüsusi təyinatlı polislır də əməliyyata dəstək verib.

Polis, terroristin ilk anda qaçmağa çalışdığını daha sonar qaça bilməyəcəyini anlayınca müqavimət göstərmədiyini bildirib.