Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Reina” terroru ilə bağlı ABŞ xəbərdarlıq edibmiş

05.03.2020 11:59

ABŞ kəşfiyyat orqanları ilk olaraq 24 dekabrda İŞİD-in Türkiyədə silahlı hücum planlaşdırdığı barədə xəbərdarlıq etdiyi təstiqlənib. Ankarada yüksək vəzifəli bir hökumət rəsmisi, ABŞkəşfiyyat orqanlarından bayram axşamı ikinci bir xəbərdarlığın gəldiyini bildirib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki,Türkiyənin Hürriyyət qəzetinə danışan rəsmi şəxs İstanbuldakı terror hücumundan əvvəl ABŞ yüksək dairələrindən məlumatların gəldiyini və bu yöndə görülən təhlükəsizlik tədbirləri haqqında danışıb.

“ABŞ rəsmiləri bizə terror təşkilatı İŞİD-in 24 dekabr və 31 dekabr Yeni il axşamında terror aktı törədəcəyinə dair məlumatlar verib. İlk xəbərdarlıq 24 dekabrda gəldi. Biz bütün həssas nöqtələrdə təhlükəsizlik tədbirləri gördük. Bu günü problemsiz yola verdik. Daha sonra ikinci bir terror xəbərdarlığı aldıq. Bu məlumat bir qədər də açıq idi. Belə ki, Ankara və ya İstanbulda 3 ayrı istiqamətdə terror hücumlarının olacağı bildirilirdi. Hətta bu terror hücumlarının məşhur bir məkanda snayper vasitəsi ilə törədiləcəyi də deyilirdi. ABŞ kəşfiyyatının verdiyi məlumatda 3 istiqamətin arasında Ortaköy yox idi”.