Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rəisin danlağından qorxan yol polisi bunu da etdi – Evakuatorla daşınan avtomobil radara düşdü

05.03.2020 11:59

Bakıda qəribə hadisə baş verib. Evakuatorun üzərində olan avtomobil radara düşüb. Avtomobilin sahibinə isə qayda pozuntusu ilə bağlı MMX göndərilib.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, qəribə hadisə ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovbildirib ki, evakuatorun üzərində gedən avtomobil qayda pozuntusu etməsə də, nömrəsi avtomatik qeydə alındığı üçün həmin dövlət nömrə nişanının qeydiyyatda olduğu ünvana fotomaterial göndərilib. “Bunu sadəcə texniki vasitənin səhvi kimi qəbul etmək olar. Maşın sahibi də narahat olmasın”.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynovla danışdıq. O da Vaqif Əsədovun dedikləri fikirlərinə əlavə etdi:

“Bilirsiz, həmin evakuatorun üzərində olan avtomobilin nömrəsi göründüyünə görə, qeydiyyata düşüb. Elektron protokolları da kompüter tərtib edir. Orda hər şey avtomatikdir. Ona görə də kamera nömrəni görüb və onu qeydə alıb, qayda pozuntusu kimi rəsmiləşdirib. Orda hər şey avtomatik olduğu üçün qeyri-adi və ya xüsus bir şey yoxdur. Sadəcə olaraq bu kimin avtomobilidirsə, həmin şəxs ərizə ilə Dövlət Yol Polisi rəhbərliyinə müraciət eləsin. Həmin protokolu dərhal qəbul edəcəklər, çünki orda avtomobil hərəkət eləmir, həmin avtomobil yükdür”.

Lakin Ərşad müəllim yol polislərinin bu sahədə maarifləndirilməsi ilə bağlı sualımızı özünəməxsus cavablandırdı:

“Belə başa düşürəm ki, görürlər belə bir sənəd tərtib olunub, fikirləşirlər ki, bunu göndərməsək rəhbərlik bizi danlayacaq ki, “niyə göndərməmisiniz?” Yəni təxmini bunu ehtimal edirəm. Ehtimal ki, rəisin danlağından qorxaraq bu işi icra ediblər”.

Firuzə Alimova