“Rəngli inqilabların memarı”na qarşı kampaniya başladı – TERRORÇUDUR
05.03.2020 12:00Macarıstan əsilli ABŞ-lı milyarder, narıncı inqilabların memarı Corc Sorosun Ağ Ev tərəfindən terrorçu elan edilməsi üçün imza kampaniyasına start verilib.
Об этом сообщает Руспрес
A24.Az yenicag.az-a istinadla xəbər verir ki, Ağ Evin imza kampaniyası səhifəsində özünü E.B. kimi təqdim edən bir şəxs tərəfindən avqustun 20-də startı verilən Soros kampaniyası üçün artıq 75 mindən çox imza toplanıb. Amerikalı maliyyəçi sözügedən şəxs tərəfindən “ABŞ-ın və onun xalqının sabitliyini şüurlu şəkildə pozmaqda və antiamerika siyasəti aparmaqda” ittiham olunur.
İmza kampaniyasının mətnində o da qeyd olunur ki, Soros öz çirkin məqsədlərinə nail olmaq, ABŞ rəhbərliyini yox etmək üçün terror taksikasını həyata keçirən bir neçə qurum yaradıb.
İmza sayı sentyabrın 19-na qədər 100 mini aşacağı təqdirdə Ağ Evin bu çağırışa rəsmi cavab verməsi lazım gələcək.
Digər tərəfdən ABŞ-ın indiki prezidenti Donald Tramp yanvar ayının sonunda vəzifəsinin icrasına başlayandan bəri Ağ Ev bu tipli xeyli imza kampaniyasını cavabsız buraxıb.

