Rəşad Sadıqov yığma komandaya baş məşqçi təyin edildi
05.03.2020 12:00Bu gün “Qarabağ”ın müdafiəçisi və bu komandanın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovun U-21 millimizi çalışdıracağı barədə məlumat yayıldı. Xəbərdə təyinatın rəsmən sabah açıqlanacağı qeyd edilib.
Об этом сообщает Руспрес
Komanda.az məsələni dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladı. Federasiya rəsmisi məsələylə bağlı bunları deyib:
“Kiminsə təyin olunması üçün İcraiyyə Komitəsinin iclası keçirilməlidi. İclasdan əvvəl kiməsə həvalə oluna bilər vəzifə. Konkret olaraq, U-21-in Rəşada həvalə olunması barədə mənə rəsmi məlumat verilməyib”.
Rəşad Sadıqov özü isə Komanda.az-a açıqlamasında xəbəri təsdiqləyib.

