Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İrəvan vahimədə – “Vəziyyət dəhşətli olacaq”

05.03.2020 12:00

Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə, Ermənistan ağır vəziyyətdə qalacaq. Ona görə də daha pis vəziyyətlə qarşılaşmamaq üçün Qarabağ münaqişəsini indi həll etməliyik.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bu barədə “Erməni Milli Konqresi”nin fraksiya rəhbəri Aram Manukyan deyib.

Onun sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni bildirirdi: “İndi Rusiya regionda öz təsirini artırmağa çalışır. Bu vəziyyətlə razılaşıb, minimal itkilərlə məsələni həll etməliyik. Bu razılaşmada müəyyən ərazilərin qaytarılması ilə də razılaşmalıyıq. Əgər etməsək, onda daha çox itkilər verəcəyik”.

A.Manukyan əlavə edib ki, Ermənistan Putinin çəkməsi altında qalıb.

“Ermənistan zəif deyil, sadəcə axmaqdır. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən buna getməliyik”, – deyə o bildirib.//Publika.az