Rəsmi Tehran yola gəldi, Türkiyəyə qucaq açmağa qərar verdilər
05.03.2020 12:00Ankara və Tehran arasında Suriya böhranındakı fərqli fikirlərə görə gərginlik vardı.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Türkiyədə baş verən 15 iyul hadisələrindən sonra münasibətlər dəyişib.
Mütəxəssis Farzad Ramazani Boneş deyib ki, İran Türkiyəni dəstəkləməsəydi ölkədə böyük bir böhran yaşanacaqdı və bu bütün bölgəni təhlükə altına atacaqdı.
“Lakin Tehran bunun önünə keçdi. Önümüzdəki iki ildə Türkiyə və İran münasibətlərində müsbət dəyişikliklər gözlənilir. Əvvəllər Suriya məsələsinin həlli başda olmaqla bəzi mövzularda münasibətlər gərginləşmişdi. İndi ortaq fikirlərin çoxaldığı qənaətindəyik”- deyə ekspert bildirib.
Türkiyənin xarici siyasəti səbəbindən İranla yaşadığı ciddi münaqişələrə rəğmən 15 iyul hadisələrində İran Türkiyənin seçilmiş hökumətinə və Ərdoğana dəstəyini göstərən ilk ölkələrdən biri idi. Boneşin sözlərinə görə, İran, Türkiyənin darbe hadisələrində uğurlu olacağı təqdirdə bölgənin qarşı-qarşıya qalacağı problemlərin qarşısını almağa çalışıb. Bundan başqa, rəsmi Tehran Türkiyəyə göstərdiyi dəstəklə gələcəyə bir addım atmış oldu. Bu hadisələrdən sonra iki ölkə arasında münasibətlər düzəlməyə başlayıb.
Ekspert onu da vurğulayıb ki, göstərilən dəstəkdən sonra Türkiyə bir çox mövzularda mövqeyini təkrar gözdən keçirməyə başlayıb. Ərdoğan bəzi siyasi taktikalardan imtina edib, qonşuları ilə münasibətlərini düzəltməli olduğunu başa düşüb.
Nərmin Kərim

