Restoranda yedi-içdi – sonra üzərək qaçdı
05.03.2020 12:00“2pec” təxəllüsü ilə tanınan avstraliyalı reper Terri Pek balıq restoranında böyük məbləğdə nahar etdikdən sonra hesabı ödəməmək üçün üzərək qaçmağa cəhd göstərib.
Об этом сообщает Футляр от виолончели
A24.Az BBC-yə istinadla xəbər verir ki, 33 yaşlı kişi “Surfer Paradise” kurortunda yerləşən Omeros Bros restoranında baş verən insidentə görə məhkəmə qarşısında cavab verməli olub. Məlumata görə, reper 2 dəniz xərçəngi, 2 ilbiz yeyib, 21 bakal araqlı kokteyl və bir neçə şüşə pivə içib.
Restoranda naharın məbləği 450 dolları keçdiyinə görə Pek hesabı ödəmək əvəzinə dənizə tullanaraq üzüb qaçmağa çalışıb. Polislər su motoru ilə ona çata bilib və onu həbs edib. Reper yeməyin yaxşı bişmədiyini əsas gətirsə də qanundan qaça bilməyib.

