Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Reynaldonun ayağı düşərli oldu – KOMANDASI QALİB GƏLDİ

05.03.2020 12:00

“Qarabağ”ın sabiq futbolçusu Reynaldonun yenicə transfer olunduğu “Adanaspor” klubu Türkiyə Super Liqasında növbəti oyununu keçirib.
A24.Az xəbər verir ki, XIX tur matçında rəqib “Kasımpaşa” olub.
Baş məşqçi Levent Şahin ev qarşılaşmasında braziliyalı oyunçunu start heyətə daxil etməyib. Lakin ehtiyatda olan 99 nömrəli Reynaldo 63-cü dəqiqədə meydana daxil olub. Həmin vaxt hesab 2:0 “Adanaspor”un xeyrinə olub. İlk qolu 4-cü dəqiqədə Roni, 62-ci dəqiqədə isə Diqao vurub. Bu nəticə sonadək dəyişməyib.
Beləliklə, Reynaldo debüt matçında qələbəyə sevinib. “Adanaspor” xallarını 17-yə yüksəldərək, 16-cı pilləyə qalxacaq. “Kasımpaşa” isə hazırda 21 xalla 12-ci pillədədir.
Qeyd edək ki, 2013-cü ildən “Qarabağ”ın uğurları üçün çalışan Reynaldo bir neçə gün əvvəl “Adanaspor”la 2,5 illik müqavilə imzalayıb.

Об этом сообщает Роспрес