“Rolls Royce”un Bakı ofisindən rüşvət qalmaqalı barədə AÇIQLAMA: “Məlumatı düzgün yazmayıblar”, EKSKLÜZİV
05.03.2020 12:00Azərbaycanın adı İngiltərə istehsalı olan “Rolls Royce”un rüşvət qalmaqalında çəkilib. Haqqındakı ittihamları qəbul edən “Rolls Royce” şirkəti verdiyi açıqlamada Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Anqola, Malayziya, Nigeriya və İraq hökumət nümayəndələrinin onlardan rüşvət aldığını qeyd edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az redaksiyasının əməkdaşları adı rüşvət qalmaqalında hallanan ölkələrdən olan Azərbaycanın da məsələ ilə bağlı mövqeyini almaq üçün Bakının “Rolls-Royce Motor Cars” ofisi ilə əlaqə saxlayıb.
Şirkətin brend meneceri Nurlan Pənahlı A24.Az-a bildirdi ki, “Rolls Royce”un istehsal sahəsi ikidir. Biri maşın istehsalı ilə məşğuldur, digəri isə təyyarələrin mühərriklərini istehsal edir. Rüşvət qalmaqalı təyyarə mühərrikləri istehsal edən “Rolls Royce”a aiddir. Sadəcə bir sıra saytlarda məlumatı düzgün yazmayıblar. Çünki həmin şirkət Azərbaycanda yoxdur. Azərbaycanda olan şirkət yalnız avtomobil satışı ilə məşğul olan “Rolls Royce”dur.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi İngiltərənin avtomobil istehsalçısı olan “Rolls Royce”un xarici hökumət nümayəndələrinə rüşvət verdiyi iddiası ilə 3 ölkəyə 800 milyon dollar ödəyəcəyini açıqlayıb.
Bundan başqa şirkətin London birjasında olan hissələri rüşvət qalmaqalından sonra 6 faiz dəyər qazanıb.
Firuzə Alimova…

