Roma Papası G20 sammitini sərh etdi: “Təhlükəli ittifaqlar qurulur”
05.03.2020 12:01Dünya katoliklərinin ruhani lideri Papa Fransisk Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammitini şərh edib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın xarici mediaya istinadən verdiyi məlumata görə, dünya liderlərini bir araya gətirən G20 sammitinin 2 günlük diplomatik danışıqlarından sonra Roma Papası orda baş verənləri şərh etməyə başlayıb:
“Güclər arasındakı təhlükəli ittifaqlar, dünyanın görünüşünü pozur” deyə, Papa bildirib
“Yoxsullara zərər verdi…”
Papa Fransisk G20-nin təhlükəli ittifaqlar qurduğunu, yoxsullara və miqrantlara zərər verdiyini söyləyib. Katoliklərin ruhani lideri dünyanın üz-üzə qaldığı ən böyük təhlükənin köç olduğunu bildirib.
“İttifaqlar narahat edir…”
Fransisk “Amerikayla Rusiya, Çinlə Şimali Koreya, Rusiya ilə Əsəd rejimi kimi qurulan təhlükəli ittifaqlar məni narahat edir” deyə fikirlərini də səsləndirib.
Firuzə Alimova / A24.az

