“Roma” – “Qarabağ” oyununun hakimləri – Gənclər Liqası
05.03.2020 12:01“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının qrup mərhələsində “Roma” ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki ilə Maryan Tomas kömək edəcək. Ehtiyat hakim isə italiyalı Daniele Martinelli olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Roma” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

