Romanında “Titanik qəzası”nın proqnozunu verən yazıçı
05.03.2020 12:01A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə 1912-ci il Nobel laureatını təqdim edir. Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: Herhard Hofman”
Ədəbiyyat üzrə öncəki Nobelçilər haqqında yazılarla ilə bu linkdə tanış ola bilərsiniz.
Об этом сообщает Руспрес
Alman yazıçısı və dramaturqu Herhard İohan Robert Hofman 15 noybar 1862-ci ildə Oberzalsbrunda anadan olub və 1946-cı ildə Agnetendolfda vəfat edib. Herhard Hofman mehmanxana sahibi Robert Hofman ilə Mariyanın ailəsində dünyaya göz açıb. Özündən başqa Georq və Karl adlı iki böyük qardaşı və İohanna adlı böyük bacısı olub.
Uşaqlıqda böyük xəyalpərst kimi ad çıxaran Hofman əvvəlcə kənd məktəbində, sonra isə böyük çətinliklə Breslaudakı realnı məktəbdə təhsil alıb.
Broslavadakı təhsil illəri Herharda asan başa gələməyib, orada məktəb pansionunda yaşayıb və yavaş-yavaş məktəbin ciddi prussiya qaydalarına alışmalı olub. 1878-ci ildə Breslaunu tərk edən Hofman əmisinin yanında məskunlaşıb. Daha sonra İney universitetinə qəbul olan gələcək nobelçi universiteti bitirdikdən sonra 1883-1884-cü illərdə İtaliyaya səfər edib. 1885-ci ilə ailə həyatı quran Hofman ədəbi yaradıcılıqla məşğul olmağa başlayıb.
“Tiveriy” adlı ilk dram əsəri son dərəcə şablon və köhnə zövqlü dram əsəri kimi yadda qalıb. “Oxatan Til” adlı povesti onun ilk uğurlu əsəri olub. Daha sonra “Günəş çıxmazdan əvvəl”, “Səhnədə narahatlıq” adlı əsərlərini qələmə alıb. Bu əsərlər Berlindəki ədəbiyyat dərnəklərində böyük səs-küyə səbəb olub.
Hofmana ən böyük şöhrəti iki pyes – “Yalqızlar” və “Dostumuz Krampton” əsərləri gətirib. Adı çəkilən pyeslər yazıçının ustedadını, ədəbi bacarığını və yeni yaradıclıq üslubunu ortaya qoyub. Bunun ardınca böyük dramaturq və yazıçı müxtəif illərdə “Florian Qayer”, “Mixail Kramer”, “Arabaçı Henşel”, “Qunduz dərili kürk”, “Qırmızı xoruz”, “Şluk və Yau” və son dərəcə yeni üslublu “Roza Bernt” dramlarını qələmə alıb. Bu dramların hər birində müəllif idealist yanaşma ilə insan ruhunun sarsıntılarını, həyat qayğılarının real mənzərəsini və insan ömrünün əzablarını göstərə bilib.
Müxtəlif mövzulu “Divanə Emanuel Kvint”, “Böyük ananın adası” romanları da müəllifə böyük uğur qazandırıb.
Herhard Hofmanın ən uğurlu və dünyanın bir çox dillərinə tərcümə edilən romanlarından biri də “Atlantida” romanıdır. Roman 1911-1912-ci illərdə hissə-hissə çap olunub və gözlənilmədən böyük maraq doğurub.
1912-ci ildə nəhəng aysberqlə toqquşan və qəzaya uğrayan “Titanik” gəmisinin acı taleyi hamımıza məlumdur. Alman oxucuları “Atlantda”nı oxuduqdan bir neçə ay sonra “Titanik” facisəsini eşidəndə Hofmanın okean qəzasını əvvəlcədən hiss etdiyini güman etmişdilər. Hofman gəmi faciəsini bu romanda real mənzərələr, canlı hadisılər və müxtəlif insan xarakterlərinin simasında böyük ustalıqla yarada bilmişdi.
1912-ci ildə, ədəbiyyat üzrə on üçüncü Nobel mükafatını alan dahi alman yazıçısı və dramaturqu Herhard Hofmana bu mükafat “ilk növbədə görkəmli dramaturqun dram sahəsindəki səmərəli fəaliyyətinə, rəngarəng yaradıcılığına görə” almışdı.
Herhard HOFMAN
1862-1946
ATLANTİDA
(romandan parça)
Axır ki, doktor Vilhelm də – onu bir şəfqət bacısı müşayət edirdi – işə yaradı. Üzümləri və bir qədər gücləndirici dərmanları qeydiyyata alandan sonra onları birinci sinif anbarlardan gətirib çıxartdılar.
Onlar beləcə ciddi-cəhdlə, gərginliklə demək olar ki, bütün göyərtəni gəzib dolaşdılar və hər addımda eyni mənzərənin şahidi oldular: bəlanın birindən qaçıb canını qurtarmaq istəyənlər başqa bir bəlaya tuş gəlirdilər və bütün bu bəlalar bir-birinin üstünə gəlirdi. Hətta dalğalar üzərində ləngər vuran bu balaca guşədə hələ ki, özünü idarə etməyə gücü çatan rəngi soluxmuş insanların simasından da dözülməz kədər, qədərsiz umidsuzlik oxunurdu. Onların arasında gözəl qızlara da rast gəlmək mümkün idi. Onların ümidsiz baxışları həkimlərin ikisinin də sifətinə tuşlanırdı. Bir anda böyük təhlükədən və sonsuz ehtiyacdan qarşısıalınmaz bir alov yarana bilərdi və həmin alov bir anın içində bütün arzuları da yandırbı kül edərdi. Elə olanda insanların qəlbinə həqiqi bərabərlik hissi dolur və o hislərdən də cəsarət doğulur.
Rusiyalı gənc yəhudi qızın sərt və təsirli baxışları Fridrixin yaddaşında ilişib qalmışdı. Vilhelm həmkarının hisslərinin üstündən – qızın ondan, onun da qızdan xoşu gəlmişdi – ötüb keçmədi və bu faktı dəyərləndirmək məqsədi ilə dostunu gülüşlə təbrik etdi.
Elə bir neçə addım atmışdılar ki, bağıraraq onların qarşısını kəsənVilke ilə rastlaşdılar. Bundan əvvəlki görüşdən fərqli olaraq bu dəfə həmyerlisinin siması dəyişmişdi: görünür belə acınacaqlı vəziyyətdən arağın gücü ilə qurtulmağa çalışırdı. Vilhelm onu söyüb batırdı və buna səbəb təkcə onun digər sərnişənlərə sataşamğı deyildi, o həm də gəmidə olanlar üçün təhlükə yaradırdı. Sərxoş olduğundan səsini başına alıb çığır-bağır salırdı. Vilkenin açıq kisəsindəki çirkili paltarları üsütünə pendir və çörək qırıntıları dağılmış yatağın yanına aşıb səpələnmişdi, sağ əlində isə ovçuların yaralı ovun boğazını kəsəndə istifadə etdikləri qatlama bıçaq var idi.
Vilke bağırarqaq qonşularının, gəmi xidmətçilərinin, matrosların, ərzaqçının, hətta kapitan özünün belə onu soyduğunu dedi. Fririx bıçağı ondan alıb həmyerlsini soyadı ilə səslədi, sonra da bu davakar alçağın çirkli boğzaındakı çapığı göstərib bir dəfə onun necə bıçaqlandığını, özünün də bir həkim kimi yardım etdiyini, yarasını tikdiyini, canını ölümdən qurtarıb qəbirlərdə olan əcdadlarının yanına getməyinin qarşısını aldığını Vilkenin yadına saldı.
Həkimlərin ikisi də birlikdə yuxarı qalxıb yenidən təmiz okean havasını udanda Firdrixə elə gəldi ki, sanki indicə cəhənnəm əsarətindən qurtulub.
Onlar boş və qəzəblə çırpılan dalğalardan yaş olan göyərtədə çətinliklə hərəkət edirdilər. Lakin ətrafdakı fəlakət hissi Fridrixi sakitləşdirir, ona güc verirdi. Az qala evdən gələn məktubu oxumağı unudacaqdı, məktubu xatırlayanda onu oxumaq üçün qadın zalına getdi. Dəniz xəstəliyindən əziyyət çəkməyən bir neçə qadın müxtəlif yerlərdə tək-tək oturmuşdu, amma sifətlərindən yorğunluq və əzab yağırdı. Hər tərəfdən məxmər və lak qoxusu gəlirdi. Zalda qızılı çərçivəyə salınmış iri güzgü və konsert royalı var idi. Döşəməyə sərilən xalça addım səslərini boğurdu.
Frdirixin atası fon Kammaxera yazırdı:
“Əziz oğlum!
Bu məktubun sənə harada çatacağını, ya da heç çatmayacağını bilmirəm. Bəlkə də məktubu Nyu Yorkda, amma artıq ora gedib çatandan sonra alacaqsan. Açığını deyim ki, qoca atanın və mehriban ananın xeyir-duasını özün ilə səyahətə aparmağın bizim üçün bir sürpriz olardı. Axı sənin bizə bəxş etdiyin sürprizlərə alışmışıq, çünki hımişə bu yüksək səviyyəli etimadı ancaq səndən görmüşük. Mən fatalistəm və səni uzun uzadı nəsihətlərimlə bezdirmək fikrim yoxdur. Amma sənin həddibuluğa çatmağınla aramızda baş qaldıran müxtəlif fikir ayrılıqlarını təəsüflə bildirmək istəyirəm. Buna necə acıdığımı bircə Allah bilir. Kaş ki heç olmasa hərdənbir mənə qulaq assaydın… Amma bu “kaş ki”lərlə, arxamızca sürünən başqa sözlərlə heç nəyi dəyişə bilməzsən!
Əziz oğlum! Tale sənə qarşı çox amansız oldu (amma mən sənə elə o vaxt Angelanın sağlam ailədən olmadığı barədə xəbərdarlıq eləmişdim), amma sən başını dik tutub gəzməlisən və yalnız onda hər şey öz yerini tutacaq. Bir də bu yatalaq çöpləri – basilla mikrobu ətrafında olan xoşagəlməz hadisəni ürəyinə salmamağını xahiş edirəm. Dəfələrlə demişəm, bir də təkarar edirəm ki, bu mikrobla bağlı yayılan söz-söhbətlər başdan-ayağa cəfəngiyyatdır. Axı hamının gözü qarşısında Pettenkofer o yatalaq çöplərindən bir ovuc xışmalayıb udu və ona heç nə olmadı. Nə deyirəm, Amerikaya getmək istəyirsən get, yaxşı yol, bu qətiyyən pis fikir deyil, bəlkə bir şey alındı. Avropaya gedəndə əvvəlcə başını itirən, küçələrdə qalan elə adamlar tanıyıram ki, qayıdanda milyoner olub qayıdıblar və ətraflarında olan adamların həsədi, yaltaqlığı ilə əhatə olunublar. Bu addımı atmazdan əvvəl hər şeyi yüz dəfə ölçüb biçdiyinə şübhə etmirəm…”
Fridrix xəfif gülüşlə məktubu qatlayıb dərindən köks ötürdü, onu bir qədər sonra oxumaq istəyirdi. Elə bu vaxt dünən onu hövsələdən çıxaran gənc, ədəbaz amerikalını gördü. Oğlan Fridrixin tanıdığı cavan bir kandalı xanımla mazaqlaşırdı. Fridrix oğlanın yanğın təhlükəsizliyinə riyayən olunmalı yerdə bir ovuc içveç kitbiriti çıxarıb alışdırdığını görəndə gözlərinə inanmadı. Gəmi xidmətçisi ehtiramla yaxınaşıb oğlana sərnişinlərə təhlükəsizlik qaydalarına riayət etməyi xatırlatdı və belə hərəkətlərin yolverilməz olduğunu bildirdi. Amerikalı isə: “Get out with you, idiot!” – sözləri ilə onu başından etdi.
Bu dəfə Fridrix anasnın yazdığı məktubu çıxartdı, onu oxumazadan əvvəl bu gənc amerikalının beynində qaynaşan zir-zibili fikirləşdi. Anası yazırdı:
“Sevimli oğlum!
Ananın duaları yolda səninlədir. Sən bu gənc yaşlarında çox şeylər görmüş, çox şeylər yaşamış, çox əzablar çəkmisən. Ancaq şad xəbərlər eşitməyini ürəkdən arzulayıram. Ona görə də arxayın ol, övladların sağ-salamatdır. Üç gün əvvəl öz gözlərimlə onların həmişə şən və güləriz keşiş Mohauptun evində şad-xürrəm yaşadıqlarını gördüm. Alberxt çox yaxşılaşıb. Anasına oxşayan, onun kimi həmişə qaradinməz olan Berhard isə əvvəlkinə baxanda diribaş və söhbətcil olub. Görünür keşişin evində yaşamaq və torpaqda əlləşmək ona yaxşı təsir edib. Cənab Mohaput oğlanların ikisinin də bacarıqlı olduğunu deyir. Keşiş, artıq onlara latın dilindən dərs deməyə başlayıb. Balaca Annemari təkidlə mənimlə anası, ən çox da sənin haqqında sorğu-sual etdi. Mən də Nyu Yorkdamı, Vaşinqtondamı mühüm bir qurultay keçiriləcəyini, bu lənətəgəlmiş vərəm xəstəliyinə bir əlac tapılacağını dedim. “Vərəm”mi ya “çərəm”mi dediyim yadımda deyil. Əzız oğlum, tezliklə bizim qocaman, doğma Avropamıza qayıt!
Binsvanger ilə uzun söhbətim oldu. O, mənə sənin arvadında axmaq bir irsi xıstəlik olduğunu dedi. O bu axmaq xəstəliyə yoluxmubmuş və gec tez bu xəstəliyk özünü göstərəcəkmiş. Əziz balam, o sənin işin haqqında da danışdı və tapşırdı ki, üzülməmyəsən. Dörd-beş illik gərgin zəhmətdən sonra sən yenidən məğulubiyyətlərə qalib gələcəksən. Əzizim Fridrix, qoca anana rəhm et və qəlbini bizim gözəgörünməz atamıza bağla! Məncə sən ateistsən. İstədiyin qədər anana gülə bilərsən, amma mənə inan: Tanrının lütfü və yardımı olmadan biz heç kimik! Heç olmasa arada dua elə, buna görə səni dara çəkən olmayacaq! Mələklər sənə qarşı ədaltsizlik etdiyi üçün özünü qınadığını bilirəm! Amma Binsvanger deyir ki, bunun ziyanı yoxdur, tam arxayın ola bilərsən! İnan mənə, əgər dua etməyə başlasan, Tanrı günahların üzündən qəlbində yurd salan şübhələri alt-üst edib ruhuna azadlıq verəcək. Sənin cəmi otuz, mənim isə yetmişdən bir qədər az yaşım yaşım var. Arada olan qırx illik fərq ərzində qazandığım həyat təcrübəsi mənə bunları inamla deməyə imkan verir. Tanrının izini ilə gələck həyatın elə xoş keçəcək ki, bütün bu yaşadıqların yaddaşında ancaq dumanlı xatirə kimi qalacaq. Daha doğrusu yaşadıqların yadında qalacaq, amma onları necə yaşadığını ağlına sığışdıra blməyəcəksən. Mən bir qadınam. Mən Angelanı sevdim, amma hər ikinizi qərəzsiz olaraq kənardan müşahidə etdim: onun simasında səni, sənin simanda onu. İnan ki, o hər an ərini ümidsizliyə düçar edə biləcək bir qadın idi”.
Məktub anasının şəfqətli sözləri ilə bitirdi. Fridrix xəyalən qarşısında anasının iş masası qoyulan pəncərənin kənarında oturdu və xəlalən onun başını, alnını, əllərini öpdü.
Gözlərini qaldıranda gəmi xidmətçisinin cavan ədəbaza yaxnlaşdığını gördü və oğlanın nəzarətçini təmiz alman dilində qışqırıb başından etdiyini eşitdi:
–Sizin kapitan eşşəkdir!
Bu sözlər onu eşidənləri elektrik cərəyanı kimi vurdu. Bundan sonra həmin o yanğın təhlüksəziliyi riayət olunmalı yerdə yenidən kiçik bir alov parıldadı.
Fridrix xəyalən bu cavan amerikalının beyninin böyük və kiçik yarımkürəciklərində olan çatışamzalıqları – axmaqlıq mənbəyini, tələbələrə göstərdi, o çatşmazlıqlar şübhəsiz ki, insanın bütün ruhunu zəhərləyirdi. Bundan başqa beyindəki həyaszlıq mənbəyi də bütün çalarları ilə özünü biruzə verirdi. Fridrix fon Kammerher gülümsədi və ruhuna dolan xoş ovqatdan qəlbindəki qəfil azadlığı hiss etdi: o azadlıq Maranın, gənc İngigerd Halştryomun üzərindəki hakimiyyətə son qoymuşdu və hətta Maranın varlığı onun üçün on beş dədiqə əvvəl ömründə ilk dəfə gördüyü qaraşın yəhudi qızı qədər belə əhəmiyyət daşımırdı.
Kapitan fon Kessel gəldi. Sarışın başını yüngül ehtiramla əydikdən sonra masanın arxasında oturan yaşlı qadının yanında oturdu və qadın kapitanı görən kimi canlanıb söhbətə başaldı. Elə bu vaxt kresloya çökən cavan ədəbaz ilə yorğun və solğun bənizli kanadalı gözəlin baxışları toqquşdu. Bu qadın cənublu qadınalr tipinə çəkmişdi və Frdirix onda nə isə qeyri-adi bir gözəllik görürdü: nəfəs alanda pərləri titrəyən mütənasib burnu, qalın, saçları kimi qara, çatma qaşları, zərifliyi və gözəlliyi ilə seçilən dodaqları vardı. Gəminin yırğalanması ona pis təsir etmişdi, ona görə də pərəstişkarı növbəti dəfə kibritləri əlinə yığanda özünü ələ alıb gülməkdən saxlaya bilmədi. Gülüşünü gizlətmək üçün qara, kurjevalı şal ilə bir mddət üzünü tutdu.
Cavan amerikalının kapitanın yanındaca alovla belə təhlükəli oyuna hazırlaşmağı ətrafda olanlara gərgin anlar yaşatdı.
Enliürək, iri cüssəli fon Kesselin bədəninə uyun olmayan qısa ayaqalrı qadn salonundakı şəraitə uyğun gəlmirdi. O, sakitcə oturub şirin-şirin söhbət edirdi. Amma havanın doğurduğu narahatlıq kapitanın sifətindən açıq-aydın oxunurdu. Qəfildən alov göründü. O an fon Kesselin təmkinli başı – saqqallı xeyirxahın başı – alova tərəf çevrildi, o aydın, amiranə, Fridrixiə elə gəldi ki, həm də qorxunc səslə bircə kəlmə dedi:
–Söndür!
Rəngi ağaran cavan cəld öz tonqalını keçirtdi. Kanadalı gözəl gözlərini yumdu…
Bu hadisədən bir qədər sonra bərbər üzünü qırxdıran Fridrixə deyirdi:
–Bu havadan gözüm heç su içmir.
Bu adam gəminin yırğalanmasına baxmayaraq işini məharətlə görən bir usta idi. O işini görə-görə bir də “Nordmandia” gəmisinin necə qəzaya uğrmasını nağıl etdi və hətta qabarmadan sonra gedib anbara çıxan fortopianonu da xatırladı. Roza adlandırdığı alman qulluqçu qadın gəlib ətir şüşəsini ona verdi.
Bu sadəlövh qadının sağlam, ətli-canlı görkəmi vardı, amma üz-gözündən ağıllı adama oxşamırdı.
–Kukshafendən sonra bu beşinci ətir şüşəsidir, – bərbər dedi. – Roza iki uşaqla ərindən ayrılan bir qadının yanında xidmətçilik edir. Qızın işi ağırdır. Aya cəmi on altı marka məvacib alır, di gəl, gecə-gündüz, günün istənilən saatında, üstəlik gecə yarısından sonra da buyruğa hazır olamalıdır. Həmin qadının saçalrını düzəltmişəm. O vaxt bu Rozanın qarasınca nələr danışmadı, nələr! Bir dəfə də razılıq etmədi!
Bu rahat və mütənasib kresloda oturub işini görə-görə onun yanaqlarına yaraşıq verən zirək, söhbətcil bərbərin bir-birindən maraqlı söhbətlərini dinləmək xoş idi. Bu söhbətlər onun fikrini dağıdır, ruhuna rahatlıq verirdi. O, həmçinin müasir gəmiçiliklə bağlı kiçik müharizədən də zövq alırdı. Mühazirəçinin fikrincə sürət rekordu qırmağa çalışmaq düz deyildi. Məgər bəd ayaqda bu yüngül çəkili, zərif qurğu nəhəng okeana müqavimət göstərə bilərdimi? Bir də bu dəhşət doğuran maşınlar və dəhşət doğuran kömür qalağı! Düzdür, “Roland” yaxşı gəmidir, onu Qlazqo tərsanəsində “Con Elder və onun şirkəti”ndə düzəldiblər. Gəmi 1881-ci ilə açıq dənizə çıxıb. Mühərikinin beş min səkkiz yüz indikator at gücü var. Hər gün on beş ton kömür yandırır və on altı uzel dəniz yolu qət edir. Gəminin registr tutumu on dörd min beş yüz tondur. Üçslindirli buxar mühərriki də pis deyil. Ekipaj isə yüz altmış nəfərdən ibarətdir.
Bütün bu məlumatları qocaman gəmi bərbəri əzbər bilirdi. Hər səfərində “Rolan”dın anbarında on iki min beş yüz sentner kömür daşındığını əsəbiliklə deyirdi. Bərbər dediyinin üstündə israrla qalırdı: yavaş sürətlə hərəkət etmək rahat və təhlükəsizdir, sürətlə hərəkət etmək isə – təhlükəlidir, həm də baha başa gəlir.
Elektirk işığı ilə təhciz olunmuş balaca bərbərxana hərəkətsiz olsaydı daha rahat olardı. Təəssüf ki, gəmi o tərəf bu tərəfə yırğalanır, bərbərbərxananın divarları da gəmi ilə birlikdə ləngər vururdu. Qəzəbli dalğalar isə azğın pəlnəg kimi illüminatorun qalın şüşələrinə çırpılırdı. Dolabdakı ətir şüşələri cingildədikcə bərbər ağır, amma asta sürətli gəmilərin belə havada daha rahat hərəkət etdiyini iddia edirdi.
…Fəlakət nəhəng okeanın qucağına sığınıb sürətlə gəmiyə yaxınlaşırdı.

