Ronaldo yeni “yer təyyarəsi”ni testdən keçirəcək
05.03.2020 12:01Real-Madridin portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Fransanın avtomobil firması “Bugatti”nin istehsal etdiyi “Chiron” markalı avtomobili almağa hazırlaşır.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Ronaldonun maşınlara olan marağını nəzərə alan “Bugatti” avtomobili test etmək üçün futbolçuya özəl dəvətnamə göndərib. 32 yaşlı ulduz da bu dəvəti məmnuniyyətlə qəbul edib.
Mühərriki və salondakı görünüşü ilə təyyarəyə oxşayan “Bugatti Chiron” 16 silindrli, 4 turbo charger-ə və 1500 at gücünə malikdir.
Ferrarinin maksimum 963 hp, McLare-nin 916 at gücündə olduğunu nəzərə alsaq, Bugattinin 1500 at gücündə olması bənzərsiz olduğunu göstərir.
2.5 saniyədə 100 km sürət yığan avtomobil 6.5 saniyədə 200 km, 13.5 saniyədə 300 km-dək sürətini artıra bilir.
Dünyada cəmi 500 ədəd istehsal ediləcək avtomobil 2.5 milyon avroya satılacaq.
Ronaldonun bu avtomobili alıb-almayacağını isə testdən sonra biləcəyik.

