Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ronaldodan zorlama ilə bağlı ittihamlara CAVAB

05.03.2020 12:01

Real Madridin və Portuqaliya yığmasının futbolçusu Kristiano Ronaldo Almaniyanın Der Spiegel jurnalının onun barəsində zorlama ittihamları ilə bağlı məqaləsini “jurnalist uydurması” adlandırıb.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki,  Jurnal futbolçunun zorlama qurbanına külli miqdarda pul ödəməklə ittihamlardan qurtulduğunu yazıb.

“Der Spiegel” jurnalının cümə günü dərc etdiyi materialda iddia edilir ki, Kristiano Ronaldo 2009-cu ildə Las-Veqasda dincələrkən 20 yaşlı amerikalını “zorlayıb”, sonra isə ona məhkəməyə müraciət etməməsi və hadisənin təfərrüatları yaymaması üçün 375 min dollar ödəyib.

Futbolçu jurnalı və müəllifləri araşdırmanın “imzasız sənədlərə əsaslanmasında” ittiham edib.

Ronaldonun meneceri Jorge Mendes bildirib ki, futbolçu nəşrə qarşı “imkanında olan bütün vasitələrdən istifadə etməklə” çıxış etmək niyyətindədir.

Nəşrin yazdığına görə, qız pul müqabilində Ronaldo ilə əlaqələrinə dəlalət edə biləcək bütün sənədləri məhv etməyi söz verib. “Der Spiegel”in məlumatına görə, qız sazişin şərtlərini pozarsa, bütün məbləği futbolçuya geri qaytarmalıdır.

Ronaldo əvvəllər də zorakılıq ittihamları ilə üzləşib. 2005-ci ildə futbolçu iki qadının ittihamı ilə həbs edilib, lakin sonradan ona qarşı bütün ittihamlar ləğv edilib.