Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rövnəq Abdullayev: “Qurban Qurbanov ən azı 6 il millidə olacaq”

05.03.2020 12:01

“Hamını salamlayıram. İcraiyyə Komitəsinin iclası başa çatdı. Yekdil qərarla baş məşqçi vəzifəsinə Qurban Qurbanov təyin edildi. Onu təbrik edirəm və uğurlar arzulayıram”.

Об этом сообщает Футляр от виолончели

A24.Az Qol.az-a istinadən xəbər verir ki,  bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən brifinqdə deyib. Daha sonra R.Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

– Qurban Qurbanovun İcraiyyə  Komitəsinə üzvlüyü  qalacaq?

-Bəli, qalacaq.

– Tahir Gözəl demişdi ki, Qurban Qurbanovu miliyə bir şərtlə buraxarıq. “Qarabağ”da da işləyəcək.

– Qurban Qurbanov “Qarabağ”da qalacaq. Baza “Qarabağ” olacaq. Premyer Liqanın bütün klubları ilə işləyəcək. Bu, onun xeyirinə olacaq.

– Müqavilənin müddəti nə vaxta qədərdi?

– Qurban Qurbanov ən azı 6 il millidə qalacaq. Sistem qurulmalıdır. Bütün oyunçuların hazırlıq sistemi mərkəzdən idarə olunmalıdır.