Rövşanə Bekdaşi ilə vayner Hüseyn Əzizoğlu arasında canlı efirdə qalmaqal: “Qadın paltarı geyinirəm, əcəb edirəm” – VİDEO
05.03.2020 12:01“Qadın paltarı geyinirəm, əcəb edirəm!”
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, ARB TV-də yayımlanan “Səhər-Səhər” verlişində qonaq olan vayner Hüseyn Əzizoğlunun aparıcı Rövşanə Bekdaşi ilə efirdə sözləri çəp gəlib.
Rövşanə Bekdaşinin “Mən səni tanımırdım, bəyənmirəm” sözünə əsəbləşən vayner efirdə aparıcı ilə mübahisə edib.
“Məni bəyənmirdinizsə, verlişinizə niyə çağırmısınız? Əgər siz məni bura çağırmısınızsa, deməli məni görmüsüz. Mənim izləyicim xalqdı. Mən bu gün qadın paltarı geyinirəm, əcəb edirəm. Heç kim mənə heçnə deyə bilməz. Siz məni bura çağırıb təhqir edirsiz”, – deyə H.Əzizoğlu bildirib.
A24.Az həmin görüntüləri təqdim edir:
Minirə Qubatova // A24.Az

