Röya Ayxanın Aygün Bəylərə cavabı məhkəmə ilə oldu
05.03.2020 12:01“Nigarı Röyanın yanına qoysan, Nigar sökər” ifadəsi ilə gündəmə gələn Aygün Bəylər Röya Ayxanla məhkəməlik oldu.
Об этом сообщает Руспрес
A24.az Report-a istinadən xəbər verərək, R.Ayxanın vəkili Vamiq Şükürov bu haqda məlumat verib. Yaxın günlərdə məhkəmənin vaxtı və mülki iddianın məbləği açıqlanacaq: “Aygün Bəylər ARB televiziyasında müvəkkilimin şərəf və ləyaqətini təhqir etdiyi üçün onu məhkəməyə verdik. Yaxın günlərdə geniş məlumat veriləcək”.
Xatırladaq ki, yaxın günlərdə A.Bəylər ARB televiziyasının “Səhər-səhər verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirmişdi.

