Röya zirvədən düşürmü? – Müğənni Türkiyə mediasına müsahibə verdi
05.03.2020 12:014 ildir Türkiyə şou-biznesinə qoşulan Röya həmin ölkənin mediasına fəaliyyəti ilə bağlı müsahibə verib.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, müğənni Türkiyədə tanınmağı ilə bağlı “sizcə, Türkiyədəki başladığınız kariyeranızın hansı dərəcəsindəsiniz?” sualını cavablandırarkən, hədəflərindən çox geridə qaldığını açıqlayıb.
“4 il əvvəl irəliləməyə başladığım nöqtədən çox uzaqda, hədəflərimdən isə çox geridəyəm. Hər gün öyrənməyə, inkişaf etməyə, işləməyə davam edirəm”.
– Azərbaycanda isə zirvədə olmaq vacib məsələdir. Bu, psixoloji olaraq sizə çətinlik yaradırmı?
– Əsla çətinə salmır. Bəli, Azərbaycandakı mövqeyimin fərqindəyəm. Eyni mövqedə olmağı arzu edən bir çox adam var və əslində orda zirvədə olarkən Türkiyədə də olmaq riskdir. Mən bu riskin üzərimə almağı seçdim və çox şükür məyus olmadım. Yeni yollarda irəliləmək lazımdır.

