Ruhani İlham Əliyevi Tehrana dəvət etdi
05.03.2020 12:02Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti zirvə görüşü Tehranda keçiriləcək.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Astanada görüşü zamanı İranın dövlət başçısı Həsən Ruhani məlumat verib.
Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran Prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğulayıb: “Bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətlidir”.
Ruhani daha sonra Əliyevi Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün keçiriləcəyi Tehrana dəvət edib.
İ.Əliyev dəvəti qəbul edərək, buna görə minnətdarlığını bildirib. Həmçinin, ölkələrimiz arasında dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edərək, dəmir yolunun inşası işlərinin yaxın zamanlarda başa çatdırılacağına ümidvar olduğunu bildirib.

