Rus hərbi ekspertindən ŞOK AÇIQLAMA: “Aprel döyüşlərini Azərbaycandakı ABŞ casusları alovlandırıb”
05.03.2020 12:02Rusiyalı hərbi mütəxəssis Azərbaycan Respublikasında minə yaxın amerikalı casusun davamlı, nizamlı və koordinasiyalı şəkildə casusluq fəaliyyəti ilə məşğul olduğunu açıqlayıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Rusiyanın siyasi azadlıq mərkəzinin nümayəndələri və hərbi məsələlər üzrə mütəxəssis Buris Dejrliovski yayımladığı bir məqalədə Azərbaycan Respublikasında minə yaxın amerikalı casusun olduğunu və Azərbaycan Respublikası ilə Ermənistan arasında 2016-cı ilin aprel ayının əvvəllərində yaşanan hərbi qarşıdurmanın alovlanmasının da bu casusluq şəbəkəsinin məhsulu olduğunu ifadə edib. Rus hərbi ekspert Amerikanın Qərbi Azərbaycanda yerləşdirdiyi casuslarından faydalanaraq İran və Rusiyanın Qarabağ münaqişəsini sonlandırmağa çalışmasına mane törətdiklərini qeyd edib.
Məqaladə bildirilir ki, bundan əvvəl də Azərbaycan mediası ingilislərin Azərbaycan Respublikasında BP neft şirkəti vasitəsi ilə casusluq fəaliyyətləri yürütdüklərini ifşa edən bəzi sənədlər yayımlamışdı. BP şirkətinin agentləri Azərbaycanda məscidlərə, dini icmalara və müxtəlif sosial fəaliyyətlərə qoşularaq Azərbaycanın müsəlman xalqının fəaliyyətini müşahidə edir.

