Rus milyarderin nəvəsinin toyuna Polad Bülbüloğlu da getdi
05.03.2020 12:02“The Landmark London” hotelində Rusiyalı milyarder, “Domodedovo” hava limanının sahiblərindən biri Valeri Koqan nəvəsi, 19 yaşlı İrina Koqan və nişanlısı Daniel Kenvey üçün toy mərasimi təşkil edib.
Об этом сообщает Роспрес
Saytımız Rusiya mediasına istinadən xəbər verir ki, toyda dünya ulduzlarından Elton Con, Meray Keri, Hollivud aktyoru Antonio Banderas dəvətli olub. Bundan başqa toy mərasimində Rusiyanın yerli məşhurları Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, rejissor Nikita Mixalkov da olub. Mərasimdə həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
19 yaşlı İrinanın seçib evləndiyi gənc Daniel Kenvey ingilis mənşəli yəhudidir və İrina ilə yaşıddırlar. Gənc cütlük oxuduqları London şəhərində tanış olublar.
Qeyd edək ki, Valeri Koqan iki il əvvəl “Forbes” jurnalının tərtib etdiyi dünya üzrə 200 milyarder arasında 41-ci yerdə idi. O, 2,5 milyard dollar sərvətə sahibdir. Milyarderin 36 yaşlı oğlu Aleksandr Koqan ifaçı kimi də tanınır. Belə ki, neçə il bundan əvvəl Koqan öz albomunun təqdimedilmə mərasi üçün Moskvaya Xulio İqlesiası dəvət etmişdi.

