Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rus nazirin donuz əti ilə bağlı yersiz tələbi… – Putin özünü saxlaya bilməyib güldü

05.03.2020 12:02

Rusiyanın Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçev “niyə İndoneziyaya donuz əti satmırıq?” dediyi zaman Vladimir Putin düzəltmək istəyərkən çətin anlar yaşanıb.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyada Kənd Təsərrüfatının yürütdüyü siyasət müzakirə edilməsi üçün konfrans keçirilib. Kontfrans zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev çıxışı zamanı “Almaniya ildə 5,5 milyon ton donuz ətinin 3 milyon tonunu Çin, İndoneziya, Yaponiya, Koreya və digər başqa ölkələrə satır.  Niyə biz də donuz əti işinə girməyək? Rusiyanın bir çox bölgələrində artıq bostançılıq təsərrüfatını qurmuşuq” fikirlərini səsləndirib.

Rusiya prezidenti Putin nazirin “İndoneziya” ilə bağlı yersiz təklifinə düzəliş edib: “Unutmayın, İndoneziya müsəlman ölkədir. Onlara donuz əti satmağa çalışmayın”.

Lakin səhvə yol verdiyini anlayan Tkaçev “Səhv dedim, əslində Cənubi Koreyanı nəzərdə tutmuşdum” açıqlaması ilə düzəliş etmək istəyib. Bu arada Putinin yanında oturan baş nazirin köməkçisi Arkadiy Dvorkoviçin yersiz təkliflə bağlı söylədiyi sözlərə qarşılıq verən nazir Tkaçev “narahat olmayın, donuz ətini İndoneziyaya da yedizdirərik” deyib.

Nazirin zarafat dolu bu sözlərinə Putin isə özünü saxlaya bilməyərək gülüb.

Saytımız sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / A24.az