Rusiya alova büründü – Minlərlə hektar ərazi külə döndü
05.03.2020 12:02Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 7 min hektar meşə sahəsini məhv edib.
Об этом сообщает Роспрес
A24.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 595 canlı qüvvə, 75 ədəd texnika və 5 təyyarə cəlb olunub.
Ötən gün Rusiya ərazisində 7 min hektardan çox sahəni əhatə edən 59 meşə yanğını qeydə alınıb.
Yanğınlardan ən çox Yakutiya, Amur vilayəti və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 15 meşə yanğını söndürülüb.

